Topaz Premyer Liqasının püşkü atılıb
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 27-də Topaz Premyer Liqasının 2018-2019-cu illər mövsümünün püşkü atılıb.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən 27-ci ölkə çempionatının ilk turunda sonuncu çempion “Qarabağ” klubu “Zirə” komandası ilə qarşılaşacaq.
“Qəbələ” doğma meydanda “Səbail”, “Keşlə” isə “Sabah” klubu ilə üz-üzə gələcək. “Sumqayıt” komandası isə “Neftçi” klubunu qəbul edəcək.
Topaz Premyer Liqasının birinci turunun görüşləri avqustun 11-də və 12-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]