Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

Toronto Universitetində Xocalı soyqırımının qurbanları anılıb

Bakı, 28 fevral, AZƏRTAC

Dünyanın nüfuzlu universitetlərindən biri olan Toronto Universitetində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət və parlament rəsmiləri, Türkiyə və Ukraynanın Torontodakı Baş konsulluğunun, Albaniya və Moldovanın fəxri konsulluğunun diplomatları, elm, mədəniyyət xadimləri, vətəndaş cəmiyyətinin, Azərbaycan, türk, tatar, qazax, türkmən, özbək, uyğur, türkmən, Ukrayna, Moldova, Çin, Hindistan və digər icmaların nümayəndələri iştirak ediblər. Qonaqlar arasında Anderson Kollecinin prezidenti Hizer Yanq, Litva-Kanada Konqresinin idarə heyətinin üzvü, Qızılbaş Qlobal İrs Şurasının regional direktoru Arşi Qızılbaş, Azərbaycanın Əməkdar incəsənət xadimi İsmayıl Hacıyev, Vaterloo Universitetinin eks-prezidenti, professor Ferudin Hamdullahpur, tarixçi professor İlqar Məmmədov, Təbriz musiqi və rəqs ansamblının üzvləri, Kanada Sufi Mədəniyyət Mərkəzi və Kanada Türk Assosiasiyasının rəhbərləri olublar.

Azərbaycan və Kanadanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova açıb. Bildirib ki, Azərbaycan həqiqətlərinin, xalqımızın haqq səsinin Kanadada eşidilməsi üçün Azərbaycan icmasının yerli ictimaiyyət və müxtəlif icmalarla birgə fəaliyyət göstərməsi böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova çıxışında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri tərəfindən Xocalının dinc və günahsız əhalisinə qarşı xüsusi amansızlıqla kütləvi qırğın törədildiyini, 613 dinc sakinin qətlə yetirildiyini, 8 ailənin tamamilə məhv edildiyini və 1275 sakinin girov götürüldüyünü xatırladıb. Şanlı Azərbaycan Ordusunun beynəlxalq hüquqa uyğun olaraq torpaqlarımızı Ermənistanın işğalından azad etməsi nəticəsində hazırda ölkəmizin Qarabağ iqtisadi rayonunda irimiqyaslı quruculuq işlərinin aparıldığını, erməni işğalından miras qalan minalanmış ərazilərin 30 il evlərinə qayıdışı həsrətlə gözləyən məcburi köçkünlərin bu arzularının həyata keçirilməsinə böyük problemlər yaratdığını diqqətə çatdırıb.

Sonra tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının, son müharibələrdə ədaləti bərpa etmək, mülki əhalini qorumaq üçün canlarından keçən qəhrəman hərbçilərin, eləcə də Türkiyə və Suriyada zəlzələ nəticəsində həyatını itirən minlərlə insanın xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Kanadanın keçmiş Vətəndaşlıq və multikulturalizm naziri, ictimai xadim Toni Ruprext ölkə ictimaiyyətinin Xocalı soyqırımına biganə qalmamasının, məhz Kanada kimi demokratik ölkələrin ədalətin bərpa olması naminə səy göstərməsinin önəmini vurğulayıb, Azərbaycan xalqının ağır zamanları geridə buraxdığını, artıq gələcəyə və inkişafa doğru inamla irəlilədiyini əlavə edib.

Türkiyənin Torontodakı Baş konsulu Sinem Minqan “bir millət, iki dövlət” olan ölkələrimizin hər zaman bir-birinə dəstək olduğunu, Xocalı faciəsinin acılarını birgə yaşadıqlarını, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında birgə səy göstərilməsinə çalışdıqlarını bildirib.

Tədbirdə çıxış edən Vaterloo Universitetinin eks-prezidenti, professor Ferudin Hamdullahpur, Ontario vilayətinin Turizm, mədəniyyət və idman nazirinin Kanada parlamentində köməkçisi Şeref Sabavi dünyada sülhün vacib olduğunu, bəşəriyyətin inkişafının yalnız sülh və barışdan keçdiyini vurğulayıblar.

Sonra Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş olunub.

Tədbir Xocalı soyqırımına ithaf olunmuş klassik musiqi gecəsi ilə davam edib. Kanadada yaşayan sənətçilər - Azərbaycanın əməkdar artisti, Prezident təqaüdçüsü Həsən Enami (tenor), skripka ifaçısı Rüfət Əmirəlıyev, piano ifaçısı, beynəlxalq müsabiqələr laureatı Nərminə Əfəndiyeva, violonçel ifaçısı Zaida Nassirov və trumpet (truba) ifaçısı Mark Krutik Azərbaycan və Qərb bəstəkarlarının əsərlərini təqdim ediblər.

Tədbir çərçivəsində universitetin “Hart House, Great Hall” salonunda Xocalı soyqırımını və Azərbaycanın işğaldan azad edilmiş rayonlarında erməni vandalizmini əks etdirən fotosərgi təşkil edilib. Tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımı haqqında broşürlər, nişanlar və “Sonsuz dəhliz” filminin diskləri paylanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa ATƏT-dəki nümayəndəliyini bağlayır

Xocavənddə 1 tondan artıq yabanı çətənə bitkisi yandırılıb

Azərbaycan cüdoçusu “Asiya uşaqları” Oyunlarının qalibi olub

Ukrayna Təhlükəsizlik Xidməti bu ölkədə dövlət çevrilişi hazırlayan qrupu ifşa edib

Mədəniyyət Nazirliyinin tabeliyindəki məktəblərə şagirdlərin qabiliyyət imtahanları yekunlaşıb

Dağlıq və dağətəyi rayonlarda leysan yağacaq, dolu düşəcək - PROQNOZ

Xaricdən sifariş olunan malların istehlakçılara çatdırılması xidmətini həyata keçirən sahibkarlarla görüş keçirilib

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri elan edilib

Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı 11 mini keçib

Yanacağa qənaət edən avtomobillərə keçid sürətlənəcək - AÇIQLAMA

ADA Universitetində “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı keçirilir YENİLƏNƏCƏK

Dünya mediası Fransada parlament seçkiləri haqqında: ifrat sağçılar hakimiyyətə gəlir

Dövlət Akademik Filarmoniyası tamaşaçılara zəngin proqram hazırlayıb

Bülənt Korkmaz: Türkiyə millisinin böyük potensialı var, Avropa çempionatında uğur qazana bilər

DSMF: Yanvar-iyun ayları ərzində 15,2 mindən çox vətəndaş müraciəti cavablandırılıb

Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələri istiqamətində yeni marşrutlar istifadəyə verilib

VI “Neftçili Yay Futbol Düşərgəsi” başa çatıb

Monqolustanda yeni qanuna əsasən 32 qadın parlamentə seçilib

BMT-nin 2024-cü il üçün Davamlı İnkişaf Hesabatı açıqlanıb

“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanı keçirilib

Həyətində çətənə kolları yetişdirən Salyan sakini saxlanılıb VİDEO

Şuşa Teatrının iyul repertuarı açıqlanıb

Rəqabət Məcəlləsi iqtisadiyyata cəlb olunan investisiyaların artması üçün geniş imkanlar yaradacaq

Avstraliya əcnəbi tələbələr üçün viza rüsumlarını ikiqat artırır

DİM rəhbəri: Müasir çağırışlara uyğun innovasiyalar tətbiq edilməlidir

Kitabxanada gənc rəssamın sərgisi açılıb

Fransada seçkilərdən sonra etiraz aksiyaları başlayıb VİDEO

“Sony” şirkəti CD-R, DVD-R və BD-R disklərinin istehsalını dayandırır

Stomatoloq: Diş itirilməsinin səbəbinin 70 faizi parodont xəstəliklərlə əlaqəlidir

Nazir: Bu gün ölkədə müəllim hazırlığına ciddi ehtiyac var

Filippində denge qızdırması pik həddinə çatıb

Nazir: Uşaqların 85 faizindən çoxu bağçalara və məktəbəhazırlığa cəlb olunub VİDEO

Azərbaycan Premyer Liqasına qayıdan komanda yeni qapıçı transfer edib

ABŞ-da seçicilərin 72 faizi Cozef Baydenin sağlam olmasına şübhə edir

11 yaşını qeyd edən Oxu.az yeni layihəyə hazırlaşır – REPORTAJ

Fransa parlamentinə seçkilərin ilk turunda “Milli birlik” partiyası qalib gəlib

Misir və Aİ 33 milyard dollarlıq investisiya müqavilələri imzalayıb

Azərbaycan Ordusunun zabiti vəfat edib

“Azərpoçt” 19-cu “ÜPİ Təsnifat Müsabiqəsi 2024”də iştirak edir

İspanlar kütləvi turist axınına etiraz edirlər

Prezident İlham Əliyev Filippinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

BDU-nun həmtəsisçisi olduğu jurnal 489 beynəlxalq nəşr arasında 6-cı yerdə olub

Azərbaycan Boks Federasiyasının 100 illiyi ilə bağlı xüsusi loqo hazırlanıb

Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

Ötən həftəsonu təhvil götürülən silah-sursatın sayı məlum olub

DİN: Son iki gündə 216 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Prezident İlham Əliyev Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

Azərbaycan güləşçiləri xatirə turnirində beş medal qazanıblar

Prorektor: Sevindirici haldır ki, ADA Beynəlxalq Təhsil Konfransı çox dinamik və populyar platformaya çevrilib

Macarıstan Aİ Şurasının sədri oldu

Elm və təhsil naziri Xaçmazda vətəndaşları qəbul edəcək

Yens Stoltenberq NATO-nun Baş katibi postunda sonuncu müsahibəsini verib

Hərbi Tibb fakültəsində feldşerlərin buraxılış mərasimi olub

DİN: Ölkə ərazisində qeydə alınan 74 cinayətin üstü açılıb

Avro-2024: Bu gün 1/4 final mərhələsinin növbəti iştirakçıları bəlli olacaq

Türkiyə Azərbaycandan idxal edilən bəzi məhsullara gömrük rüsumunu azaldıb

BVF Qanada iqtisadi islahatlara dəstək üçün 360 milyon dollar ayırıb

“SOCAR Downstream Management” şirkətində görülmüş işlərlə əlaqədar hesabat görüşü keçirilib

"Asiya uşaqları" Oyunları: Azərbaycan atleti bürünc medal qazanıb

Dünya birjalarında neft bahalaşıb

Dövlət İmtahan Mərkəzi TKT imtahanına qeydiyyat elan edir

Şabranda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Azərbaycan dövləti Ukrayna Milli Uşaq Kitabxanasının təmirinə maliyyə yardımı ayırıb

İmişlidə qəza zamanı ata ölüb, övladı xəsarət alıb

Hacıqabulda yol qəzası olub, yaralılar var

Xızıda əməliyyat yolu ilə silah-sursat və çətənə kolları aşkarlanıb

NATO Asiya-Sakit okean regionu ölkələri ilə əməkdaşlığı gücləndirəcək

Beynəlxalq münasibətlər sistemində daha səmərəli iştirakımız baxımından növbədənkənar parlament seçkilərinin keçirilməsi çox əhəmiyyətlidir – ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Bacısını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Çingiz Qənizadə: Azərbaycan polisi ictimai-siyasi sabitliyin qorunmasında və Vətənin müdafiəsində həmişə ayıq-sayıqdır

Amerika Kuboku: Ekvador millisi 1/4 finala yüksəlib

NATO-nun məsləhətçisi: Almaniya Azərbaycanla enerji sahəsində əməkdaşlıqda böyük potensial görür – MÜSAHİBƏ

“Asiya uşaqları” Oyunları: Azərbaycan üzgüçüsü qızıl medal qazanıb

Stoltenberq: Çin NATO-nun maraqlarına meydan oxuyur

Media: NATO üzvləri kəşfiyyat təyyarələri tərəfindən toplanmış məlumatları Ukrayna ilə paylaşır

Albaniyanın əhalisi son 13 ildə 14 faiz azalıb

Putin və Lukaşenko Astanada ŞƏT sammiti çərçivəsində görüşəcəklər

Media: ABŞ NATO-nun Polşadakı bazasına “Abrams” tanklarını və digər hərbi texnikanı köçürüb

Mavritaniyanın hazırkı prezidenti seçkilərdə qalib gəlib

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket buraxıb

Karib dənizində “Beril” qasırğasının sürəti ən yüksək həddə çatıb

Keniya vergi qanunu ləğv edildikdən sonra 7,7 milyard dollar borc almağı planlaşdırır

Avro-2024: İspaniya millisi 1/4 finalda Almaniyaya rəqib olub

Kürdəmirdə minik avtomobili qoyun sürüsünü vurub, 15 heyvan tələf olub VİDEO

Kiyevə raket hücumu olub, xəsarət alanlar var

Fransa: İfrat sağçılar hakimiyyətə doğru

Azərbaycan boks millisi Avropa çempionatını dörd medalla başa vurub

Bakı-Astara magistralında “Tır” yük avtomobili yanıb - YENİLƏNİB VİDEO

Azərbaycan sərbəst güləş millisi Avropa çempionu olub

Avro-2024: İngiltərə millisi əlavə vaxtda qalib gələrək 1/4 finala yüksəlib

Füzuliyə AZAL-ın müntəzəm reysləri açılır

İctimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib

Qazaxıstanın Aktau şəhərində Atom Elektrik Stansiyasının tikintisi təklif olunur

Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti ucuzlaşacaq

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib

Şuşada ilk dəfə Kəlağayı festivalı təşkil olunub

Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Zelenski: ABŞ Ukraynanın NATO sammitinə dəvət edilməsinin tərəfdarı deyil