TOVUZ RAYON SAKİNİ SİLAH SATARKƏN TUTULMUŞDUR
Bakı, 16 iyun (AZƏRTAC). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayonunun Bozalqanlı kənd sakini Qiyas Musayev “Valter” tipli tapançanı, ona aid güllə darağını və 6 gülləni satarkən tutulmuşdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki,
Q.Musayevin ətrafında aparılmış tədbirlər nəticəsində onun silahı həmkəndlisi, əvvəllər məhkum olunmuş Sədi Zeynalovdan alması müəyyən edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.Zeynalov tutulmuş, ondan “E.B.RADOM VİS 35” markalı tapança, “TOZ-8M” markalı tüfəng, 1 güllə darağı və 1 güllə götürülmüşdür.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]