TOVUZ ŞƏHƏRİNDƏ OLİMPİYA İDMAN KOMPLEKSİNİN TƏMƏLİ QOYULMUŞDUR
Mayın 30-da Tovuz şəhərinin giriş hissəsində Olimpiya İdman Kompleksinin təməlinin qoyulması münasibətilə mərasim keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Mərasimə toplaşmış minlərlə sakin dövlətimizin başçısını və xanımı
Mehriban Əliyevanı hərarətlə qarşıladı.
Prezident İlham Əliyev Olimpiya İdman Kompleksinin layihəsi ilə tanış oldu. Məlumat verildi ki, iki mərtəbədən ibarət bu idman qurğusu gələn ilin payızında istifadəyə veriləcəkdir. Kompleksdə üzgüçülük hovuzu, futbol, voleybol, basketbol meydançaları, idman salonları, təlim-məşq otaqları və kotteclər inşa ediləcək, idmançılar üçün hər cür şərait yaradılacaqdır.
Dövlətimizin başçısı gilizi təmələ atdı və beton qarışığı tökdü, inşaatçılara işlərində uğurlar arzuladı.
Kompleksin təməlinin qoyulmasına həsr olunmuş mərasimi Tovuz Rayonu İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov açdı.