Trabzonda Ümummilli Liderə və Türkiyə Cümhuriyyətinə həsr olunmuş tədbir təşkil edilib
İstanbul, 30 noyabr, AZƏRTAC
Türkiyənin Trabzon şəhərində yerləşən Qara Dəniz Texniki Universitetində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi və Türkiyə Cümhuriyyətinin quruluşunun 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Qarsdakı Baş konsulluğunun təşkilatçılığı ilə təşkil olunan tədbirdə Baş konsul Nuru Quliyev çıxış edib.
Tədbir Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivinin ifasında möhtəşəm konsert proqramı ilə davam edib, Azərbaycanın sevilən xalq və bəstəkar mahnıları səsləndirilib.