Tramp administrasiyasına qarşı yenidən məhkəmə iddiası qaldırılıb
Bakı, 6 oktyabr, AZƏRTAC
ABŞ-ın Kaliforniya və Oreqon ştatları Prezident Donald Tramp administrasiyasına qarşı növbəti dəfə məhkəmə iddiası qaldırıblar.
AZƏRTAC xəbər verir ki, “Axios” portalının məlumatına görə, məhkəmə iddiası Milli Qvardiyanın 200 əsgərinin Kaliforniyadan Oreqon ştatının Portlend şəhərinə göndərilməsinin qarşısını almaq məqsədi daşıyır.
Oreqon ştatının baş prokuroru Biver Den Reyfild bildirib ki, Ağ Ev məhkəmənin əvvəlki qərarını pozaraq Kaliforniya ştatının 100 federal hərbçisini artıq Oreqona göndərib.
“Bu, məhkəmə qərarını açıq şəkildə pozmaq cəhdidir. Portlendə bu müdaxilə lazım deyil. Tramp isə Kaliforniya Milli Qvardiyasından öz siyasi məqsədləri üçün istifadə etməklə səlahiyyətlərini aşır”, – deyə baş prokuror bildirib.
Qeyd edək ki, bir müddət öncə Oreqon ştatının dairə məhkəməsi Donald Trampa şəhərdə baş verən iğtişaşlara qarşı mübarizə adı altında Milli Qvardiya qüvvələrini Portlendə yerləşdirməyi qadağan edib. Məhkəmə bu addımı ABŞ Konstitusiyasının pozulması kimi qiymətləndirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]