Tramp Çin və Rusiyaya istədikləri nefti sata biləcəyini açıqlayıb
Vaşinqton, 10 yanvar, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Çin və Rusiyaya ehtiyacları olan bütün nefti sata biləcəyini açıqlayıb.
AZƏRTAC-ın məlumatına görə, bu barədə o, Ağ Evdə neft şirkətlərinin rəhbərləri ilə görüşdə deyib. O, Venesuelanın neft satışlarına nəzarətdən sonra bu ölkələrlə də əməkdaşlığa açıq olduğunu bildirib.
"Çin və Rusiya ABŞ-dan istədikləri bütün nefti ala bilər”,- deyə Tramp qeyd edib.
O, görüşdə ABŞ-ın Venesuelanın neft hasilatına nəzarəti ələ keçirməyəcəyi təqdirdə, bunu Çin və Rusiyanın edə biləcəyini deyib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [22:22]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]