Tramp Sudanda sülhə nail olmaq üçün Yaxın Şərq ölkələri ilə birgə çalışacaq
Vaşinqton, 20 noyabr, AZƏRTAC
Sudanda baş verən vəhşiliklərə son qoymaq, eyni zamanda bu ölkədə vəziyyəti sabitləşdirmək üçün Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və digər Yaxın Şərq tərəfdaşları ilə birlikdə çalışacağıq.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.
O bildirib ki, Sudanda dəhşətli vəhşiliklər baş verir və bu yer kürəsinin ən zorakı yerinə və eyni zamanda ən böyük humanitar böhrana çevrilib.
“Ərəb liderləri, xüsusən də ABŞ-ı yeni tərk edən Səudiyyə Ərəbistanının vəliəhdi Sudanda baş verənlərə dərhal son qoymaq üçün prezidentliyin gücündən və təsirindən istifadə etməyimi xahiş etdilər. Bu ölkələrin əməkdaşlığı və koordinasiyası ilə düzəldilə bilər”,-deyə Tramp əlavə edib.
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]