Trek velosipedi üzrə Azərbaycan çempionatına start verilib
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 22-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Respublika Velotrekində trek velosipedi üzrə Azərbaycan çempionatına start verilib.
AZƏRTAC federasiyanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bütün yaş kateqoriyaları üzrə keçirilən yarışda ümumilikdə 80 idmançı mübarizə aparır.
Üç gün davam edəcək çempionatın ilk günündə velosipedçilər GIT-200 və GIT-500 metr, həmçinin qrup yarışlarında (48 və 72 dairə) mübarizə aparırlar.
İyulun 23-də isə idmançılar 2 və 3 kilometr məsafələrə fərdi ötüşmələrdə və çıxmaqla qrup yarışlarında iştirak edəcəklər.
Çempionatın sonuncu günündə - iyulun 24-də velosipedçilər 7,5 və 10 kilometr məsafələrə skretç, həmçinin sprint növləri üzrə güclərini sınayacaqlar.
GIT-200 metr yarışında ilk 1-12-ci yeri tutan velosipedçilər sprint üzrə yarışda mübarizə aparmaq hüququ qazanacaqlar.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən, təşkil edilən yarışın nəticələri beynəlxalq quruma göndəriləcək, həm ölkəmizin, həm də idmançıların şəxsi reytinqində nəzərə alınacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]