Tufandağ zirvəsindəki avtomat meteoroloji stansiyalar qış mövsümünə hazırlanmışdır
Bakı, 24 avqust (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin, Şahdağ Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin əməkdaşlarından ibarət ekspedisiya qrupu Tufandağda quraşdırılmış avtomat meteoroloji stansiyalara baxış keçirmişlər.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ekspedisiya üzvləri Şahdağ Milli Parkının yüksək dağlıq ərazisində fəaliyyət göstərən stansiyaları yoxlamış və qış mövsümünə hazır vəziyyətə gətirmişlər. Görülən işlər nəticəsində hər iki stansiyadan hava haqqında məlumatın hidrometeorologiya departamentinə müntəzəm ötürülməsi təmin olunmuşdur.
Məlumatda bildirilir ki, ilk stansiya 3 min 700 metr hündürlükdə Şahdağ ərazisində, ikincisi isə təqribən 3 min metr hündürlükdə Şahdüzündə 2009-cu ildən fəaliyyət göstərir. Üçüncü stansiya isə 2010-cu il avqustun 17-də Tufandağ zirvəsinin 4 min 172 metr hündürlüyündə quraşdırılmışdır. Stansiyaların hər üçünün fəaliyyətinin və kommunikasiyasının təmin edilməsi üçün lazımi enerji günəş panelləri vasitəsilə əldə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]