“Türk şəhidliyi” abidəsi ziyarət edilib
Bakı, 29 oktyabr, AZƏRTAC
Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı tviterdə yazıb.
“Cümhuriyyətimizin elan edilməsinin 99-cu ildönümü münasibətilə Türkiyə və Azərbaycan şəhidliklərində səfirliyimizin, hərbi attaşemizin, əlaqədar və tabe qurumların, iş adamlarının, tələbələrin, müəllimlərin və valideynlərin iştirakı ilə mərasim keçirilib”, - deyə paylaşımda qeyd olunub.