Türkdilli dövlətlər üzrə “Müasir İpək yolu” proqramı hazırlanır
Bakı, 8 may, AZƏRTAC
Dörd türkdilli dövlət - Qırğızıstan, Qazaxıstan, Azərbaycan və Türkiyə birgə turizm məhsulu yaradacaq.
AZƏRTAC qırğız KİV-lərinə istinadla xəbər verir ki, bu fikri Qırğızıstan Respublikası Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin turizm departamentinin direktoru Maksat Çakiyev səsləndirib.
Onun sözlərinə görə, hazırda türkdilli dövlətlər üzrə vahid turizm marşrutunun yaradılmasını nəzərdə tutan “Müasir İpək yolu” proqramı hazırlanır. Marşrut Qırğızıstan, Qazaxıstan, Azərbaycan və Türkiyə dövlətlərini əhatə edəcək.
M.Çakiyev qeyd edib ki, türkdilli ölkələrdə dünya ictimaiyyətinin marağına cavab verən təbiət obyektləri və tarixi yerlər kifayət qədərdir. O deyib: “Turizmin inkişafı üçün “Böyük İpək yolu” brendindən istifadə etmək lazımdır. Elə bunun üçün də müvafiq proqram işlənilib”.
Xatırladaq ki, ölkələr arasında birgə turizm məhsulunun yaradılması barədə razılıq keçən il əldə olunub. Bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsi planı hazırdır və yaxın vaxtlarda icrasına başlanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]