Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Brüsseldə bir sıra görüşlər keçirib
İstanbul, 17 fevral, AZƏRTAC
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Ramil Həsənov Brüsseldə Ümumdünya Gömrük Təşkilatının ofisində qurumun baş katibi Kunio Mikuriya ilə görüşüb.
TDƏŞ Katibliyinin yaydığı məlumata görə, görüşdə hər iki təşkilat arasında əməkdaşlığın qurulmasına dair məsələlər müzakirə olunub.
R.Həsənov səfər çərçivəsində Türkiyənin Avropa İttifaqındakı daimi nümayəndəsi Səlim Yenel və qardaş ölkənin Brüsseldəki səfiri Hakan Olcay ilə də görüşüb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul