Türkiyə Ali Məhkəməsi Baş prokurorunun ölkəmizə səfəri başa çatıb
Bakı, 3 iyun, AZƏRTAC
Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin və rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri iyunun 3-də başa çatıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti Baş prokuror Kamran Əliyevin iştirakı ilə Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınıb.