TÜRKİYƏ BAKI-TBİLİSİ-ƏRZURUM BORU KƏMƏRİNİCARİ İLİN SONUNADƏK İSTİSMARA VERMƏYİPLANLAŞDIRIR
Ərdoğan demişdir: “İki ölkənin əməkdaşlığının ən başlıca məqsədi Türkmənistan qazının Xəzər dəhlizi ilə Türkiyə ərazisinə nəqlini təmin etməkdir. Bundan başqa, Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ilk neft artıq Gürcüstan ərazisinə daxil olmuşdur. Biz tezliklə bu neftin Ceyhana gəlib çatmasını da bayram edəcəyik”.
Türkiyə-Gürcüstan İşgüzar Şurasının İstanbulda açılan iclasında Qars-Tbilisi-Bakı dəmir yolunun tikintisi məsələsi də müzakirə olunmuşdur.
Ərdoğan qeyd etmişdir ki, “bu layihə çərçivəsində Türkiyə Gürcüstan və Azərbaycanla çox sıx iş aparır. Biz layihənin həyata keçirilməsində Qazaxıstan və Çinin də iştirak etməsində maraqlıyıq”. O vurğulamışdır ki, bu magistral yüklərin təhlükəsiz və tez çatdırılmasını təmin etməklə bərabər, həm də Asiyadan Avropaya nəqliyyat dəhlizinin mühüm hissəsi olacaqdır.
İclasda tərəflər Türkiyə-Gürcüstan sərhədindəki nəzarət-buraxılış məntəqələrinin yenidən qurulması layihəsinin hazırlanması üzrə işlərin uğurla getdiyini və regionda yük daşımalarının əlaqələndirilməsi və sürətləndirilməsi üçün Batumi və Trabzon hava limanlarının birgə işləməsinə hazırlıq görüldüyünü də qeyd etmişlər.