TÜRKİYƏ BU İLİN SONUNADƏK RUSİYADAN830 MİLYON KUBMETR QAZ ALACAQ
O demişdir ki, Rusiyadan təbii yanacağın qəbul edilməsinə avqustun 1-dən başlanacaqdır. Cari ilin fevralından mart ayınadək Türkiyə 187 milyon kubmetr Rusiya qazı almış, qalan 830 milyon kubmetr isə 2004-cü il yanvarın 1-dək veriləcəkdir. İmzalanmış sazişə görə, Türkiyənin bu il Rusiyadan 2 milyard kubmetr “mavi yanacaq” almalı olduğunu inkar etməmişdir. BOTAŞ-ın rəhbəri 830 milyon rəqəmini göstərərək, nəzərə çarpdırmışdır ki, Ankara “Mavi axın”la göndərilən qazın həcmini 1 milyard kubmetrədək azaltmağa çalışır.
Türkiyə şirkətinin baş direktoru vurğulamışdır ki, Rusiyanın “Qazprom” şirkətinin rəhbərliyi ilə iyulun 30-da Ankarada aparılmış danışıqlarda tərəflər ixtilafların tənzimlənməsi üçün beynəlxalq arbitraja müraciət etməməyi qərara almış və qazın qiyməti barədə qarşılıqlı razılığa gəlmişlər. Bunun nəticəsində Rusiyadan Türkiyəyə göndərilən qazın qiyməti yaxın vaxtlarda aşağı salınacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:02]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [17:38]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:12]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [15:54]
Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT
- 10.06.2026 [15:22]