Türkiyə Futbol Federasiyası 149 hakimi işindən uzaqlaşdırıb
Bakı, 31 oktyabr, AZƏRTAC
Türkiyə Futbol Federasiyası (TFF) adı mərc oyunlarında hallanan hakimlər haqqında qərarını açıqlayıb.
AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, 149 hakim öz işindən uzaqlaşdırılıb. Onların bəziləri 8, bəziləri 10, bəziləri isə 12 ay müddətinə diskvalifikasiya edilib.
Yüksək kateqoriyalı hakim Zorbay Küçük ilə bağlı istintaq isə davam edir.
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu bu yaxınlarda mətbuat konfransında bildirib ki, ölkədə peşəkar futbol liqalarının matçlarına təyinat alan 571 hakimdən 371 nəfərin mərc oyunları saytlarında aktiv hesabları var. Bu açıqlamadan sonra prokurorluq araşdırmalara start verib. Rəsmilər son 5 ilin bütün məlumat və qeydlərinin araşdırıldığını açıqlayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]
Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]
Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir
- 08.06.2026 [15:45]