Türkiyə hökuməti növbəti iclasını keçirib
Ankara, 5 iyul, AZƏRTAC
Türkiyədə yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı kütləvi peyvəndləmə, sosial məsafə saxlama, maska taxma və təmizlik qaydalarına əməl etməklə tədbirlər davam edəcək. Peyvənd olun, özünüzü və sevdiklərinizi qoruyun.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra ictimaiyyətə müraciətində deyib.
Türkiyənin ictimai-siyasi həyatında baş verən hadisələrə münasibət bildirən dövlət başçısı Rəcəb Tayyib Ərdoğan müqəddəs Qurban bayramı münasibətilə hökumətin qərara aldığı sosial tədbirlər barədə ictimaiyyətə geniş məlumat verilib.
Çıxışında terrorizmlə aparılan mübarizənin nəticələrini yüksək dəyərləndirən Türkiyə Prezidenti deyib: “Terror təşkilatlarına qarşı tarixin ən əhəmiyyətli mücadiləsini veririk. Şəhidlərimizin qanını yerdə qoymayacağıq. PKK və FETÖ-ya göz açmağa imkan vermirik”.
Dövlət başçısı çıxışında sənayenin inkişafı, ticarət dövriyyəsindəki vəziyyət, bank sektorunda həyata keçirilən maliyyə tənzimləmələrinə də geniş yer verib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]