Türkiyə İrandan təbii qaz idxalını artırmaq niyyətindədir
Bakı, 27 mart, AZƏRTAC
Türkiyə İrandan təbii qaz idxalını artırmağı planlaşdırır.
AZƏRTAC İRNA agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın Milli Qaz Şirkətinin (IGC) rəhbəri Həsən Montazer Torbati deyib.
Onun sözlərinə görə, Türkiyə İrandan daha çox təbii qaz almaq niyyətindədir: “Əvvəlki razılaşmalara əsasən İran hazırda Türkiyə, İraq, Azərbaycan və Ermənistan da daxil olmaqla bir sıra ölkəyə təbii qaz ixracını artırır”.
Qeyd edək ki, Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatının (EPDK) məlumatına görə, yanvarda Türkiyə İrandan 824 milyon kubmetr təbii qaz idxal edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]