Türkiyə mediası iki qardaş ölkə prezidentlərinin telefon danışığını geniş işıqlandırıb
Ankara, 25 aprel, AZƏRTAC
Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı telefon danışığı qardaş ölkənin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Telefon danışığı əsnasında dövlət başçılarının ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınamaları manşet xəbər kimi ictimaiyyətə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Türkiyə mediası bu qərarı yanlış və tarixi səhv adlandıran Prezident İlham Əliyevin bu fikirlərini cəlbedici formada ictimaiyyətə təqdim edib.
Anadolu, DHA, İHA xəbər agentlikləri, TRT Haber”, “TRT Avaz”, “Haber Türk”, “A Haber”, “Haber Global” telekanalları, “Milliyet”, “Akşam” və digər qəzetlər daxil olmaqla ölkənin aparıcı media orqanları tərəfindən sürətlə yayılan məlumatda Azərbaycanın qardaş dəstəyi önə çəkilib.
Anadolu Agentliyi məlumatı bir neçə dildə yayıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara