Türkiyə millisinin keçmiş qapıçısı: “Qarabağ”ın oyunlarını izləyirəm və çıxışını çox uğurlu hesab edirəm
Bakı, 16 yanvar, AZƏRTAC
“Qarabağ”ın oyunlarını izləyirəm və ümumilikdə çox uğurlu çıxış etdiklərini deyə bilərəm.
Bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində Volkan Dəmirəl deyib.
O, Ağdam təmsilçisinin yaxşı formada olduğunu bildirib: “Bəzi oyunçularını diqqətlə izləyirəm və onlara gələcək matçlarda da uğurlar arzulayıram. Qarşıdakı görüşlər çətin olacaq, amma komandanın potensialı yüksəkdir və yaxşı nəticələr gözləmək olar”.
Mütəxəssis Azərbaycan çempionunun heyətində bəyəndiyi futbolçuların da adlarını çəkib: “Xüsusilə Kevin Medinaya diqqət yetirirəm. Onu 2-3 il əvvəl izlədim və çox yaxşı müdafiəçi olduğunu gördüm. Nəriman Axundzadə isə son iki ildə komandaya həm çoxlu qollar, həm də vacib nəticələr qazandırıb. Onun çıxışını da yüksək qiymətləndirirəm. Bu oyunçuların həm fərdi, həm də komanda üçün böyük əhəmiyyəti var”.
Qeyd edək ki, Volkan Dəmirəl Türkiyə millisində və “Fənərbağça”dakı uğurlu çıxışı ilə tanınır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:32]
“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
- 09.06.2026 [19:57]
Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub
- 09.06.2026 [19:24]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]