TÜRKİYƏ MÜTƏXƏSSİSLƏRİ SERVİS SAHƏSİNDƏ MƏŞĞƏLƏLƏR KEÇİRƏCƏKLƏR
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri ictimai iaşənin servisi sahəsində azərbaycanlı həmkarları üçün məşğələlər keçirəcəklər.
Mədəniyyət və Turizm Nazirliyinin Baş Turizm İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, məşğələlərdə ölkəmizin müxtəlif bölgələrindəki restoran və mehmanxanaların 90 əməkdaşı iştirak edəcəkdir. Məşğələlər başa çatandan sonra dinləyicilərə sertifikatlar veriləcəkdir.