TÜRKİYƏ RUSİYA İLƏ ƏMTƏƏ DÖVRİYYƏSİNİ ARTIRMAQ NİYYƏTİNDƏDİR
Tüzmenin sözlərinə görə, ikitərəfli ticarət-iqtisadi münasibətlər iki mühüm mexanizm – Qarışıq hökumətlərarası komissiya və İşgüzar Şura tənzimləyir. Rusiya ilə Türkiyə arasında əməkdaşlığı çoxşaxəli adlandırmaq olar və əmtəə dövriyyəsi yüksək sürətlə artır. Nazir Rusiyadan neftin Türkiyə ərazisi ilə Aralıq dənizinədək nəqlini Rusiya-Türkiyə münasibətlərində ən vacib layihələrdən biri adlandırmışdır. O bildirmişdir ki, Türkiyə Rusiyanın Dünya Ticarət Təşkilatına üzv olmasını fəal surətdə dəstəkləyəcəkdir.
Türkiyə tərəfi gömrük sahəsində “yaşıl dəhlizlər”in yaradılması üçün əlindən gələni edəcəkdir. Dövlət naziri demişdir: “Biz Rusiya vətəndaşları üçün gömrük prosedurlarını maksimum asanlaşdırmağa çalışırıq”.