Türkiyə Superliqası: “Beşiktaş” çempionatda “Qalatasaray”la arasındakı xal fərqini azaldıb
Bakı, 7 aprel, AZƏRTAC
Aprelin 7-də futbol üzrə Türkiyə Superliqasının XXVIII turunda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan “Beşiktaş” komandası öz meydanında “Göztəpə” ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, matçda son çempion “Beşiktaş” rəqibini 5:1 hesabı ilə məğlub edib.
Bugünkü oyundakı qələbədən sonra İstanbul təmsilçisi xallarının sayını 56-ya çatdıraraq turnir cədvəlinin ikinci pilləsindəki “Qalatasaray”la arasındakı xal fərqini birə qədər azaldıb.
Bu gün keçirilən digər görüşlərdə “Trabzonspor” öz meydanında “Kayserispor”a 4:0, “Antalyaspor” isə “Karabükspor”a səfərdə 2:1 hesabı ilə qalib gəlib.
Ötən gün “Başakşehir” komandası “Yeni Malatyaspor”dan 1:0 hesabı ilə üstün olmuşdu.
Turun aprelin 8-də keçiriləcək matçında çempionluğa iddialı komandalardan “Fənərbağça” “Osmanlıspor”u qəbul edəcək.
Hazırda hesabında 59 xal olan “Başakşehir” çempionatın lideridir. “Qalatasaray” 57 xalla ikinci, “Beşiktaş” 56 xalla üçüncü, “Fənərbağça” 51 xalla dördüncü, “Trabzonspor” isə 45 xalla beşinci pilləni tutur.