Türkiyə Superliqası: “Fənərbağça” doğma meydanda “Pendikspor”u məğlub edib
Bakı, 10 mart, AZƏRTAC
Türkiyə Superliqasında 29-cu turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, günün maraqlı matçı "Fənərbağça" və "Pendikspor" arasında baş tutub. Görüş İstanbul nəhənginin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 30-cu dəqiqədə qonaqların heyətində Halil Akpunar açıb. Mərt Hakan Yandaş 50-ci dəqiqədə tablodakı rəqəmləri bərabərləşdirib. 87-ci dəqiqədə penaltidən Mişi Batşuayi komandasını önə keçirib. Fərdi Kadıoğlu 90+4-cü dəqiqədə fərqi iki topa çıxarıb. Matçın yekun nəticəsini 90+9-cu dəqiqədə İrfan Can Kahveçi müəyyənləşdirib.
Günün digər oyunlarında "Kasımpaşa" "İstanbulspor"u, "Samsunspor" "Ankaragücü"nü 2:1 hesabı ilə məğlub edib. "Kayserispor" - "Hatayspor" görüşü isə qollu sülhlə başa çatıb - 1:1.
Qeyd edək ki, bu nəticələrdən sonra xallarını 76-ya çatdıran "Fənərbağça" 2-ci yerdədir. Turnir cədvəlinə isə 78 xalla "Qalatasaray" başçılıq edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]