TÜRKİYƏ VƏ İRAQ YENİ SƏRHƏD KEÇİD MƏNTƏQƏLƏRİ AÇMAQ BARƏDƏ RAZILIQ ƏLDƏ ETMİŞLƏR
Bu məntəqələrin birinin Habur yaxınlığında açılacağı xəbər verilir. Xoşyar Zebari türk həmkarı Abdullah Gülə demişdir ki, bu məntəqələrin açılacağı yerlər Türkiyəni qane edərsə, biz də bununla razılaşacağıq.
Diplomatik mənbələrin bildirdiyinə görə xarici siyasət idarələri başçılarının görüşündə İraqdakı terrorçuların Türkiyəyə ekstradisiyası məsələsi də müzakirə olunmuşdur. Xoşyar Zebari bu cinayətkarların bir hissəsinin İraqın hakim dairələrinin, digərlərinin isə ABŞ və koalisiya qüvvələrinin nəzarət etdikləri bölgələrdə olduğunu söyləmişdir. O, İraq hakimiyyətinin aparılan təhqiqat başa çatdıqdan sonra terrorçuların bir hissəsini təhvil verəcəyini, digərlərinin ekstradisiyası ilə bağlı ABŞ və koalisiya qüvvələri ilə danışıqlar apalıcağını qeyd etmişdir.
Abdullah Gül də Türkiyədə cinayətlər törətmiş terrorçuların ekstradisiyasına dair tezliklə İraq hökuməti ilə saziş imzalanacağını bildirərək, rəsmi Ankaranın Türk Petrolları Anonim Şirkətinin İraqda fəaliyyət göstərməsi ilə bağlı təklifini çatdırmış, Kərkük-Yumurtalıq neft kəmərinin yenidən qurulmasının zəruriliyini bildirmişdir.