Türkiyə vətəndaşlarına bu günədək 15 milyon dozaya yaxın COVID-19 peyvəndi tətbiq edilib
İstanbul, 29 mart, AZƏRTAC
Türkiyə vətəndaşlarına bu günədək 14 milyon 894 min 314 doza COVID-19 peyvəndi tətbiq edilib.
AZƏRTAC xəbər verir ki, bu vaksinlərdən 8 milyon 334 min 218-i birinci, 6 milyon 560 min 96-ı isə ikinci doza olaraq əhaliyə vurulub.
Qardaş ölkədə bu il yanvarın 14-də başlanan vaksinasiya prosesinin bu gündən etibarən yeni mərhələsinə start verilir. Ölkənin Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan COVID-19 vaksinasiya proqramı çərçivəsində hazırda risk qrupuna daxil olan, artıq çəkidən əziyyət çəkən, xərçəng, böyrək çatışmazlığı kimi xəstəlikləri olan və Daun sindromlu şəxslər peyvəndlənir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]