Türkiyə XİN: ABŞ-ın birtərəfli sanksiyalarla bağlı qərarını qınayır və rədd edirik
Ankara, 15 dekabr, AZƏRTAC
S-400 raket əleyhinə müdafiə sistemlərinin alınması ilə əlaqədar ABŞ tərəfindən Türkiyəyə qarşı birtərəfli sanksiyalar tətbiq edilməsini qınayır və rədd edirik.
AZƏRTAC xəbər verir ki, bu sözlər Türkiyə Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasında əksini tapıb.
Açıqlamada deyilir ki, Türkiyənin S-400 raket əleyhinə müdafiə sistemləri almasına məcbur olmasının səbəbləri hər kəsə məlumdur. Donald Tramp da bu məsələdə Türkiyənin haqlı olduğunu etiraf edib. S-400 raket əleyhinə müdafiə qurğularının NATO sistemlərində zəiflik yaradacağı iddiası texniki baxımdan əsaslandırıcı deyil.
Türkiyə ABŞ-ı birtərəfli əsassız sanksiya qərarını bir daha nəzərdən keçirməyə və bu yanlış yoldan geri qayıtmağa dəvət edir, məsələni müttəfiqlik ruhunda, dialoq əsasında həll etməyə hazır olduğunu bildirir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]