Türkiyə yol infrastrukturunu sürətlə genişləndirir
Ankara, 25 iyul, AZƏRTAC
Türkiyədə ölkədaxili avtomobil yolları şəbəkəsinin genişləndirilməsi çərçivəsində inşa edilən Amasya dairəvi yol qovşağının açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə ölkənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu yeni istifadəyə verilən magistral yolun texniki göstəriciləri barədə məlumat verib. Nazir bildirib ki, istifadəyə verilən 11,3 kilometrlik yeni yol Amasyanın mərkəzindən keçən magistralı şəhərin kənarına çıxarmaqla bərabər şoseni 2 kilometr qısaldır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videoformatla açılış mərasimində çıxış edib. Türkiyənin infrastruktur siyasətinin ayrı-ayrı istiqamətlərindən bəhs edən dövlət başçısı gündəlikdə olan məsələlərlə bağlı ölkəsinin mövqeyini bölüşüb.
Qeyd edək ki, infrastrukturun genişlənməsi son illər Türkiyənin inkişaf strategiyasında mühüm yer tutur. Bu çərçivədə iyulun 11-də Botan çayı üstündə 165 metr hündürlükdə tikilən Türkiyənin ən hündür körpüsünün açılışı olub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:40]
Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb
- 10.06.2026 [12:24]
Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər
- 10.06.2026 [12:24]
ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb
- 10.06.2026 [12:10]
Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır
- 10.06.2026 [12:09]
Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir
- 10.06.2026 [12:06]