Türkiyədə 138 min nəfər karantinə alınıb
İstanbul, 10 aprel, AZƏRTAC
Hazırda Türkiyədə yeni növ koronavirusa qarşı qabaqlayıcı tədbirlər çərçivəsində 138 min nəfər karantinə alınıb.
AZƏRTAC xəbər verir ki, bunu ölkənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.
Türkiyənin böyük şəhərlərində gündəlik həyatın 85-90 faiz dayandığını qeyd edən nazir indiyədək ölkə rəhbərliyi tərəfindən COVID-19-la bağlı qəbul olunan qərarlara məhəl qoymayan 26 min vətəndaş haqqında lazımi tədbirlərin görüldüyünü deyib.
S.Soylu son bir neçə gün ərzində koronavirusla bağlı əsassız və təxribat xarakterli məlumatlar yayan 4186 sosial media hesabının aşkarlandığını, onların böyük əksəriyyətinin ölkə xaricindən idarə edildiyini bildirib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]
ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib
- 13.10.2026 [18:04]