Türkiyədə “Aşıqların dilində Qarabağ” mövzusunda onlayn bədii proqram keçiriləcək
Ankara, 9 fevral, AZƏRTAC
Türkiyənin Ərzurum Atatürk Universiteti ilə İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin birgə təşkilatçılığı ilə “Aşıqların dilində Qarabağ” mövzusunda onlayn bədii proqram keçiriləcək.
İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acarın AZƏRTAC-a verdiyi məlumata görə, proqramda Azərbaycan, Türkiyə və Rusiyanın müxtəlif bölgələrindən olan tanınmış aşıqların çıxışları olacaq.
Ziya Zakir Acar bildirib ki, proqramın təşkilində məqsəd Azərbaycanın gözəl təbiətini, xalqın öz torpağına və vətəninə bağlılığını, qəhrəman övladlarımızın igidlik salnamələrini tərənnüm etməkdir.
Atatürk Universiteti müəllimi Gürsoy Solmaz tərəfindən idarə olunacaq bədii proqram fevralın 14-də Türkiyə vaxtı ilə saat 14.00-da “Zoom” vasitəsilə başlayacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:16]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:10]
Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub
- 05.10.2026 [18:43]
“Yaradıcı Filmaton” layihəsi başa çatıb
- 05.10.2026 [18:14]
İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub
- 05.10.2026 [17:02]
Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir
- 05.10.2026 [16:51]