TÜRKİYƏDƏ DAHA 7 NƏFƏR PKK TERRORUNUN QURBANI OLMUŞDUR
Baş nazirin müavini, xarici işlər naziri Abdullah Gül jurnalistlərlə müsahibəsində bir daha bildirmişdir ki, güclü dövlət kimi Türkiyə terrorla mübarizəni bundan sonra da qətiyyətlə davam etdirəcəkdir. O, şəhid olmuş əsgərlərin ailələrinə başsağlığı vermiş, terrorla mübarizədə hökumətin, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin üzərinə böyük vəzifələr düşdüyünü bildirmişdir.
Terrorun digər üç qurbanı isə Ərzincan vilayətinin Ulalar rayonunda bomba partlaması nəticəsində həlak olmuş uşaqlardır. Cinayəti törədənlərin həbs olunması üçün polisin genişmiqyaslı əməliyyat tədbirləri həyata keçirdiyi bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]
Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi
- 12.10.2026 [12:33]