Türkiyədə FETÖ terror təşkilatına qarşı bir neçə əməliyyat keçirilib
İstanbul, 9 fevral, AZƏRTAC
Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən şəxslərin saxlanılması istiqamətində daha bir neçə əməliyyat keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin (TSK) FETÖ/PDY terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində növbəti genişmiqyaslı əməliyyat keçirilib. Ölkənin 15 vilayətində paralel keçirilən əməliyyatlar zamanı TSK-nın terror təşkilatları ilə əlaqə saxlamaqda və tələbələrlə terrorçular arasında əlaqə yaratmağa kömək göstərməkdə şübhəli bilinən 56 üzvündən 27-si saxlanılıb.
Altı vilayətdə paralel keçirilən daha bir əməliyyat zamanı barəsində həbs qərarı verilən 13 şübhəlidən 12-si yaxalanıb.
Şübhəli bilinən digər şəxslərin də saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]