TÜRKİYƏDƏ İKİ FACİƏLİ HADİSƏ BAŞ VERMİŞDİR
Faciənin səbəbi hələlik məlum deyildir. Bir ehtimala görə, hava şəraiti pis olduğundan sürücü maşını idarə edə bilməmişdir. Belə ki, havalar bir neçə gün nisbətən mülayim keçdikdən sonra martın 8-də gecə Türkiyənin bir çox əyalətlərində yenidən qar yağmışdır.
Bu ara Türkiyədə daha bir faciəli hadisə baş vermişdir. Ölkənin Cənub-Şərqində yerləşən Van şəhərində partlayış törədilmişdir. İlkin məlumata görə, partlayış nəticəsində üç nəfər həlak olmuş və 16 adam xəsarət almışdır. Polis intiharçı terrorçu ehtimal olunan bir nəfərin qalıqlarını aşkar etmişdir.
İstisna edilmir ki, məqsəd şəhər bələdiyyəsinin qulluqçularını qətlə yetirmək olmuşdur.