Türkiyədə indiyədək koronavirusa yoluxanların sayı 225 min nəfəri ötüb
Ankara, 26 iyul, AZƏRTAC
Türkiyə koronavirus (COVID-19) pandemiyasına qarşı sistemli tədbirlərin görülməsinə baxmayaraq, gündəlik yoluxma sayı min nəfərə yaxın olmaqda davam edir.
AZƏRTAC Türkiyə Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, iyulun 25-də ölkə üzrə ümumilikdə 42 min 312 nəfər üzərində test aparılıb. Onlardan 921 xəstə çıxıb. Gün ərzində 16 nəfər ölüb, 1103 nəfər sağalıb. İndiyədək ölkədə 4 milyon 532 min 672 nəfər üzərində infeksiya yoxlaması aparılıb. Onlardan 225 min 173 nəfərdə infeksiya aşkar edilib. Ölənlərin sayı 5 min 596 nəfərdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]