Türkiyədə qida hazırlığı və satışı qaydalarını pozanlara 4 milyon lirədən çox cərimə kəsilib
Ankara, 23 may, AZƏRTAC
Yeni növ koronavirus (COVID-19) probleminə baxmayaraq, Türkiyədə kənd təsərrüfatı və qida sənayesində fəaliyyəti davam etdirmək üçün əsaslı işlər görülür.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bəkir Pakdəmirli məlumat verib. Kənd təsərrüfatı sahəsində işlərin normaya uyğun getdiyini ifadə edən nazir bildirib ki, Ramazan ayı boyunca qida istehsalı və satışı məkanlarında, eləcə də tədarük yerlərində davamlı qeydlər aparılıb. Bu çərçivədə qida istehsal yerlərində 15 min 798, satış və istehlak müəssisələrində 45 min 938 olmaqla, ümumilikdə 61 min 736 yoxlama həyata keçirilib. Qaydalara uyğun olmayan işlətmələrə 4 milyon Türkiyə lirəsindən çox cərimələr yazılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:47]
“Euractiv”: Avropa dron İstehsalında Çindən asılı olaraq qalır
- 19.06.2026 [12:46]
Yaşar Güler: Ankaradakı NATO sammiti Alyans üçün dönüş nöqtəsi olacaq
- 19.06.2026 [12:41]
Saratov hava limanında uçuşlara müvəqqəti məhdudiyyət qoyulub
- 19.06.2026 [12:26]
Körfəz ölkələrində neft hasilatı oktyabr ayına qədər bərpa oluna bilər
- 19.06.2026 [12:25]
Gürcüstan xəstəxanalarında koronavirus halları qeydə alınıb
- 19.06.2026 [12:11]
Luvr Muzeyində təhlükəsizlik sistemləri yenilənir
- 19.06.2026 [12:10]
İyunun 19-u Ümumdünya Uşaq Futbolu Günüdür
- 19.06.2026 [12:07]