Türkiyədə sərnişin avtobusu yanıb
İstanbul, 2 avqust, AZƏRTAC
Türkiyənin Balıkesir şəhərində Çanaqqaladan Ankaraya hərəkət edən sərnişin avtobusu anidən alışıb. Hadisə nəticəsində biri uşaq olmaqla, 5 nəfər həlak olub, 15 sərnişin yaralanıb.
AZƏRTAC xəbər verir ki, ilkin məlumatda yanğının avtobusun orta hissəsində yerləşdirilən qəhvəbişirmə maşınından meydana gəldiyi bildirilir. Yaralılar ətrafdakı xəstəxanalara yerləşdiriliblər. Avtobusun sürücüsü saxlanılıb. Faktla bağlı araşdırma başladılıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]