Türkiyədə “Şərq Expressi” turist qatarı fəaliyyətini bərpa edir
Ankara, 22 dekabr, AZƏRTAC
Türkiyədə “Şərq Express” turist qatarının xidməti bərpa olunur.
AZƏRTAC xəbər verir ki, qış mövsümünün ilk qatarı bu gün Ankaradan yola düşəcək və 33 saata təyinat yeri olan Qarsa çatacaq.
Qatarın 1360 kilometrlik marşrutu boyu 4 saata qədər dayanacaqlar nəzərdə tutulub və bu da sərnişinlərə Ərzincan, Ərzurum, İliç, Divriği və Sivas kimi şəhərləri gəzməyə imkan verəcək.
Mənzərəli marşrut boyunca müntəzəm reyslər 2026-cı il martın 1-nə qədər davam edəcək. Ümumilikdə 60 reys və 10 min 800 biletin satılacağı planlaşdırılıb.
“Şərq Expressi” Türkiyədə 2019-cu il mayın 29-dan istifadəyə verilib. Bu günə qədər Anadolunun 80 mindən çox sakini və qonağı turizm marşrutundan istifadə edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [12:42]
Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub
- 05.06.2026 [11:53]
Baltikyanı ölkələrdə NATO təlimlərinin dəniz mərhələsi başlanıb
- 05.06.2026 [11:52]
Nigerdə səhrada 49 nəfər susuzluqdan ölüb
- 05.06.2026 [11:38]
Yaponiya köhnə nüvə reaktorlarını yeniləməyi planlaşdırır
- 05.06.2026 [11:35]