Türkiyədə yerli istehsal olan ilk qırıcı təyyarənin adı açıqlanacaq
Bakı, 1 may, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bazar ertəsi günü yerli istehsal olan ilk türk qırıcı təyyarəsinin adını açıqlayacağı gözlənilir.
AZƏRTAC “TRT Haber” telekanalına istinadla xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Departamentinin rəhbəri İsmayıl Dəmir məlumat verib.
Türkiyənin MMU (digər adı TF-X/ Turkish Fighter Experimental) perspektivli beşinci nəsil qırıcı təyyarəsi bu ölkədə texnologiyanın inkişafı sahəsində mühüm layihə sayılır və “Türk Havacılık ve Uzay Sanayi AŞ” (TUSAŞ) aerokosmik kompaniyası tərəfindən həyata keçirilir.
Onun dizaynının ilk variantları hələ 2013-cü ilin mayında İstanbuldakı Beynəlxalq sərgidə təqdim olunub. İlkin hesablamalara görə, təyyarənin hazırlanması proqramı ən azı 10 milyard dollara başa gələcək.
İstehsalçı kompaniyanın və Türkiyənin hərbi rəhbərliyinin planlarına əsasən, təyyarənin ilk uçuşları 2025-2026-cı illərdə yerinə yetiriləcək. 2028-ci ildən sonra qırıcı təyyarələr Türkiyə Hərbi-Hava Qüvvələrinin arsenalına daxil ediləcək.
Türkiyənin Milli Müdafiə Nazirliyində hesab edirlər ki, yerli təyyarələr 2030-cu ildə Türkiyə Hərbi-Hava Qüvvələrinin istismarından çıxarılacaq Amerika istehsalı olan F-16 qırıcı təyyarələrini əvəz edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]