Türkiyədən olan qarğıdalı satıcısı dünya fenomeninə çevrilib
İstanbul, 14 aprel, AZƏRTAC
Türkiyədə qarğıdalı satıcılarından biri dünya fenomeninə çevrilib.
AZƏRTAC xəbər verir ki, “Yakışıklı mısırcı” adı ilə tanınan Alper Temeli görmək üçün Türkiyənin İstanbul şəhərinə Rusiya, İspaniya və Rumıniya başda olmaqla, dünyanın müxtəlif ölkələrindən xüsusi turlar təşkil edilir. Onun İstanbulun Karaköy bölgəsində qarğıdalı və şabalıd satdığı piştaxtanın qarşısında uzun növbələr yaranır.
Rusiyadan olan sosial media istifadəçisinin çəkdiyi videodan sonra məşhurlaşan Alper dolanışığını təmin etməyə çalışdığını, əsas məqsədinin İstanbulu dünyaya daha yaxından tanıtmaq olduğunu bildirib.
Alper Temel atasının peşəsini davam etdirir və 8 ildir qarğıdalı satır.
Rusiyadan olan sosial media istifadəçisinin Temel ilə birlikdə piştaxtanın yanında çəkdiyi görüntülər 40 milyon dəfə izlənilib və ona minlərlə şərh yazılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:20]
Qırğızıstan BMT-nin Kağızsız Ticarət Şurasına yenidən sədr seçilib
- 09.06.2026 [14:51]
İndoneziyada Levotobi vulkanı yenidən püskürüb: hava limanı bağlanıb
- 09.06.2026 [14:47]
Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir
- 09.06.2026 [14:44]
Filippində dağıntılar altında sağ qalanların axtarışı davam edir
- 09.06.2026 [14:40]
Almaniyada hərbi çağırış yaşında olan ukraynalıların sayı kəskin artıb
- 09.06.2026 [14:31]