Türkiyəli alimlər Neft-Kimya Prosesləri İnstitutunda
Bakı, 28 fevral, AZƏRTAC
Türkiyənin Biləcik Şeyx Ədəbali Universitetinin əməkdaşları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) olublar.
NKPİ-dən AZƏRTAC-a bildirilib ki, görüşdə direktor, akademik Vaqif Abbasov institutun tarixi, burada aparılan elmi-tədqiqat işləri, sintez olunan reagentlər haqqında məlumat verib.
Biləcik Şeyx Ədəbali Universitetinin prorektoru, professor Nurgül Özbay institutun elmi-tədqiqat işlərindən danışıb, əlaqələrin möhkəmləndirilməsində və əməkdaşlıq müqaviləsinin bağlanmasında maraqlı olduğunu söyləyib. O, bu məqsədlə Vaqif Abbasovu Türkiyəyə dəvət edib.
Görüşdə əməkdaşlıq perspektivləri müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:55]
Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da olub
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
- 16.06.2026 [12:45]
“Krım sevgisi” kitabının 2-ci cildi nəşr olunub
- 16.06.2026 [12:26]
BDU-da yaz imtahan sessiyası davam edir
- 16.06.2026 [12:02]