Türkiyəli araşdırmaçı: Türk ədəbiyyatında bir çox müəlliflər Nizami Gəncəviyə əsərlər həsr edib
Bakı, 25 noyabr, AZƏRTAC
Türk ədəbiyyatında bir çox müəlliflər Nizami Gəncəviyə əsərlər həsr edib. Türkiyədə nəşr olunan işlərin çoxu Nizami haqqında nəzirələrdir. Bu vaxta qədər 200 yaxın nəzirə yazılıb. Paralel olaraq ölkəmizdə Nizami əsərlərinin tərcüməsi aparılır. Ötən əsrin 40-50-ci illərində Türkiyədə Nizami Gəncəvinin əsərlərinə yeni baxış meydana çıxmışdır. Kitablar əsasən şairin bioqrafiyası və əsərləri haqqında idi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakıda təşkil olunan Nizami Gəncəvi Beynəlxalq Forumunun iştirakçısı türkiyəli tədqiqatçı Zaur Şüküroğlu deyib.
Z.Şüküroğlu "Türkiyədə Nizami Gəncəvi yaradıcılığının tədqiqi” mövzusunda məruzəsində qardaş ölkə alimlərinin bu sahədə apardığı elmi tədqiqatlar barədə məlumat verib.
Onun sözlərinə görə, Türkiyədən ədəbiyyatşünas alimlərin çap olunan elmi işləri arasında müqayisəli tədqiqatlar da yer alır. Onların tədqiqatlarında Nizaminin dinə münasibəti və siyasi baxışlarına toxunulur.
Türkiyəli alim qardaş ölkədə çap olunan bir çox elmi mənbələrdə Nizaminin həyat və yaradıcılığı haqqında yanlışlıqlara da yol verildiyini söyləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]