Türkiyənin Artvin şəhərində Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilmişdir
Ankara, 27 fevral (AZƏRTAC). Türkiyənin Artvin şəhərində “KamuSen” həmkarlar təşkilatının yerli şöbəsinin dəstəyi ilə Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanov mərasimdə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi, əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdiyi qətliamlar barədə ətraflı məlumat vermişdir. Son illər Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə bütün dünyada, o cümlədən qardaş Türkiyədə aparılan “Xocalıya ədalət” kampaniyasından danışan baş konsul demişdir ki, əsas məqsəd bu soyqırımın beynəlxalq arenada tanıdılması və cinayətkarların cəzalandırılmasına nail olmaqdır.
Qazi Universitetinin professoru Yusuf Halaçoğlu sənədlər və fotoşəkillərlə erməni quldur dəstələrinin ötən əsrdə Anadolu və Azərbaycan torpaqlarında törətdikləri qətliamları sistemli şəkildə təqdim etmişdir. Bildirilmişdir ki, Xocalı faciəsi qondarma “soyqırımı” iddiası irəli sürən ermənilərin təbliğatını ifşa etmək üçün ən tutarlı arqumentdir.
“KamuSen” təşkilatı Artvin şöbəsinin rəhbəri Uğur Özer bildirmişdir ki, bir erməni jurnalisti qətlə yetiriləndə “hamımız erməniyik” deyənlər nə üçün bu faciəli gündə “hamımız azərbaycanlı, hamımız xocalılıyıq!” demirlər?
Artvin valiliyinin və bələdiyyəsinin, yerli ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirin sonunda Xocalı şəhidlərinin ruhuna ehsan verilmişdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]