TÜRKİYƏNİN BAŞ NAZİRİ AVROPA ÖLKƏLƏRİNDƏKİ HƏMVƏTƏNLƏRİNİ İĞTİŞAŞLARDA İŞTİRAK ETMƏMƏYƏ ÇAĞIRMIŞDIR
AZƏRTAC xəbər verir ki, Ərdoğan başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının noyabrın 8-də Ankarada keçirilən iclasında çıxışı zamanı demişdir: “Mən Avropada yaşayan 4,5 milyon vətəndaşımıza müraciət edərək, onları düşünülməmiş hərəkətlərdən çəkinməyə çağırıram. Talanlar öz hüquqlarını qorumaq üçün məqbul vasitə deyildir”. O, Fransada baş verən bu hadisələrin səbəblərini araşdırmağın zəruri olduğunu vurğulamışdır. Onun fikrincə, əsas səbəblər “irqçiliklə, ayrı-seçkiliklə və dinə saymazyana münasibətlə bağlıdır”.
Yerli KİV-lərin Türkiyənin Fransadakı konsulluğuna istinadla yaydığı xəbərlərə görə, bu ölkədə yaşayan Türkiyə vətəndaşları Parisdə artıq 12-ci gündür ara verməyən kütləvi iğtişaşlarda iştirak etmirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]