TÜRKİYƏNİN BAŞ NAZİRİ TRABZONDA İTALYAN RAHİBİN ÖLDÜRÜLMƏSİNİ PİSLƏMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Trabzondakı Müqəddəs Məryəm kilsəsində rahib Andrea Santaronun öldürülməsini pisləmiş və bundan son dərəcə kədərləndiyini bildirmişdir. O, qatilin tezliklə tapılması üçün bütün tədbirlərin görüldüyünü demişdir.
59 yaşlı rahibin bazar günü qətlə yetirilməsinin Həzrəti Məhəmmədə karikaturaların dərc olunması ilə əlaqəsi versiyası da araşdırılır. Vatikanın Türkiyədəki səfiri Antonio Lusibello və Trabzon valisi Hüseyn Yavuzdəmir rahibin əvvəllər də ölümlə hədələndiyini söyləmişlər. Trabzonda təhlükəsizlik tədbirlərinin həyata keçirildiyi də bildirilir.