TÜRKİYƏNİN BAŞ NAZİRİ XƏBƏRDARLIQ EDİR
Türkiyə hökumətinin başçısı demişdir: “Terrorizmi dinin adı ilə bağlamaq və başqa dinlərin nümayəndələrinə qara yaxmaq qeyri-məqbuldur. Bu, islamofobiyanın və ksenofobiyanın (əcnəbilərə nifrət) getdikcə gücləndiyi Qərbdə qlobal böhrana gətirib çıxara bilər”. Ərdoğanın fikrincə, islamofobiya bəşəriyyətə qarşı cinayət hesab edilməli və antisemitizm kimi cəzalandırılmalıdır. Danimarka qəzetində Məhəmməd Peyğəmbərə karikaturalar nümayiş etdirdi ki, 2001-ci ilin 11 sentyabr terror aktlarından sonra “mədəniyyət və din sahəsində uçurum ancaq dərinləşir”.
Ərdoğan demişdir: “Başqa dindən olan adamları fitnəkarlığa təhrik etməkdən çəkinmək lazımdır, söz azadlığı təhqir etmək azadlığı kimi qəbul olunmamalıdır. Tənqid bir şey, təhqir tamam başqa bir şeydir. Demokratik azadlıqlar, insan hüquqları, dini hisslərə və dəyərlərə hörmət bir-birini inkar edən anlayışlara çevrilməməlidir. Bu, humanist və azad cəmiyyətin ümumbəşəri dəyərləridir”.