Türkiyənin İsparta şəhərində Azərbaycan hərbçilərinin buraxılış mərasimi keçirilib
Ankara, 13 avqust, AZƏRTAC
Türkiyənin İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında iyunun 20-də start götürən “Dağ komando kursunda” Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları iştirak ediblər.
Azərbaycanın Ankaradakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, avqustun 13-də Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında Azərbaycan Ordusunun hərbi qulluqçularının buraxılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı hərbi attaşesi polkovnik Müşfiq Məmmədov iştirak edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara