TÜRKİYƏNİN İXRACININ HƏCMİ İLK DƏFƏ OLARAQ 50 MİLYARD DOLLARI KEÇMİŞDİR
Nazir vurğulamışdır ki, indi malların və xidmətlərin ixracında sənaye sektoru aparıcı rol oynayır. Onun sayəsində dövlət xəzinəsinə daxilolma 43,5 milyard dollaradək artmışdır. Kənd təsərrüfatı məhsullarının ixracı ötən ildəkinə nisbətən 26 faiz artaraq, 6 milyard dollara çatmışdır.
G.Tüzmən Türkiyənin Rusiya ilə ticarət-iqtisadi münasibətlərin böyük əhəmiyyətini vurğulamışdır. Hesablamalara görə, iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 10 milyard dolları keçmişdir. Nazir bildirmişdir ki, yaxın vaxtlarda bu göstərici 15 milyard dollara çatmalıdır. Rusiyadan idxalın əsasını Türkiyəyə Qara dənizin dibi ilə çəkilmiş “Mavi axın” boru kəməri vasitəsilə nəql olunan təbii qaz təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:56]
ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır
- 06.10.2026 [14:51]
Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir
- 06.10.2026 [14:48]