SİYASƏT
Türkiyənin “Milliyət” qəzetində ulu öndər Heydər Əliyev haqqında məqalə dərc edilib
![Türkiyənin “Milliyət” qəzetində ulu öndər Heydər Əliyev haqqında məqalə dərc edilib](/files/2017/3/1200x630/1513098154621411600_1200x630.jpg)
İstanbul, 12 dekabr, AZƏRTAC
Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver bu ölkədə nəşr olunan çoxtirajlı “Milliyət” qəzetində ümummilli lider Heydər Əliyev şəxsiyyətinin ucalığına həsr olunan “Böyük öndərin böyük rəhbəri” sərlövhəli məqalə ilə çıxış edib. Məqalədə ulu öndər Heydər Əliyevin siyasi prinsipləri və görkəmli şair Hüseyn Cavidin ideyaları arasında paralellər aparılıb.
Müəllif ümummilli lider Heydər Əliyevin Hüseyn Cavidə doğma münasibətindən bəhs edir. O yazır ki, Heydər Əliyev Hüseyn Cavid ideyalarını özünün həyat amalı, fəaliyyət prinsiplərinin rəhbəri kimi qəbul edib. Hüseyn Cavid Azərbaycan xalqının yüksək mədəniyyətini, dünyada sülh və əmin-amanlığı, türkçülük ənənələrini öz əsərlərində təbliğ edib. Cavidin əsərlərini sevə-sevə oxuyan, onun yaradıcılığını yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev böyük şairin həyat prinsiplərini öz siyasi fəaliyyətində tətbiq edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul