TÜRKİYƏNİN “RENAY” FİRMASI İŞÇİ HEYƏTİNİ İRAQDAN GERİ ÇAĞIRIR
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyənin “Renay” nəqliyyat firmasının başçısı Edip Rende öz işçi heyətinin və texniki avadanlıqlarının qonşu dövlətin ərazisindən çıxarıldığını elan etmişdir. Məlum olduğu kimi, bu firmanın sürücüsü İraqın “İslam müqavimət hərəkatı - əl-Numan briqadası”nın yaraqlıları tərəfindən girov götürülmüşdür. E.Rende bu qərarın 48 yaşlı sürücü Midhət Çivinin həyatını xilas etmək məqsədi ilə verildiyini bildirmişdir. Terrorçular firmanın 48 saat ərzində “Amerika işğalçıları ilə əməkdaşlığa son qoymayacağı” təqdirdə sürücünün edam olunacağını elan etmişdilər.
E.Rende demişdir: “Ümid edirəm ki, bu bəyanatdan sonra M.Çivi evlərinə sağ-salamat qayıdacaqdır.”
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:38]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]